17.01.2026, 23:05
AZ EN
11.12.2025, 14:33 265

Xankəndidə Xüsusi Nümayəndəliyin binası olacaq

ŞƏRQİ ZƏNGƏZUR
  • Xankəndidə Prezidentin Xüsusi Nümayəndəliyinin inzibati binası yenidən qurulacaq.

"Vətən səsi" xəbər verir ki, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs "AZEKON Construction" MMC ilə satınalma müqaviləsi bağlayıb. Müqavilənin şərtlərinə görə, Xankəndi şəhərində yerləşən Prezidentin Xüsusi Nümayəndəliyinin inzibati binasının yenidənqurulması işlərini həmin şirkət həyata keçirəcək. Bir mənbədən alınma metodu ilə həyata keçirilən satınalmanın ümumi dəyəri 22 milyon 417 min 950,14 manat təşkil edir.

Xatırladaq ki, "AZEKON Construction" MMC bundan əvvəl də “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti”in keçirdiyi tenderlərdən birinin qalibi olub. Belə ki, həmin şirkət Xankəndi şəhərində yerləşən keçmiş icraiyyə komitəsi binasında söküntü işlərini həyata keçirmək hüququ qazanıb. Bunun üçün sifarişçi tərəflə ümumi dəyəri 1 milyon 410 min 632,32 manat olan müqavilə imzalanmışdı.

Elxan SALAHOV

Oxşar xəbərlər