Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova 2026-cı ilin büdcə zərfinin müzakirəsində deyib.
Sədr bildirib ki, bu il büdcə müzakirələri Konstitusiya və Suverenlik İlinə təsadüf edir: “Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyası ötən dövrdə ölkəmizin makroiqtisadi sabitliyini qorumağa təkan verib. Azərbaycanın iqtisadi müstəqilliyi də möhkəmlənib. İqtisadiyyatın şaxələndirilməsi siyasəti uğura davam etdirilir. Bu gün Qarabağda və Şərqi Zəngəzurda innovasiyalar üzərində qurulan yeni iqtisadi model formalaşır. Qlobal çağırışların gücləndiyi şəraitdə Azərbaycan büdcə gəlirlərinin artımını, maliyyə ehtiyatlarının möhkəmlənməsini təmin edib. 2026-cı ilin büdcəsi ölkənin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi, Böyük Qayıdışın həyata keçirilməsi kimi hədəflərlə bağlı olacaq”. (APA)