Bunu IX Bankçılıq Forumunda çıxışı zamanı Polşa Banklar Assosiasiyasının İcraçı vitse-prezidenti Vlodzimyej Kiçinski deyib.
O iki ölkə arasında dostluq münasibətlərinin və artan iqtisadi əməkdaşlığın bank sektorunda yeni tərəfdaşlıq imkanları yaratdığını bildirib. O qeyd edib ki, Polşa Banklar Assosiasiyası ölkədə fəaliyyət göstərən 550 bankı – kommersiya və kooperativ bankları – təmsil edir və sektor geopolitik çağırışlara, artan investisiya tələbinə və müştəri gözləntilərinə uyğun olaraq dəyişir.
Onun sözlərinə görə, Polşa bank sistemi rəqəmsallaşma səviyyəsinə görə dünya liderləri arasındadır və rəqəmsal bankçılığın 34 qlobal lideri arasında 4 Polşa bankı yer alır. Vlodzimyej Kiçinski əlavə edib ki, Polşada bank texnologiyaları ilə dövlət qurumları arasında sıx əməkdaşlıq var və süni intellekt maliyyə xidmətlərində geniş tətbiq olunur. (APA)