Dəmir yolunun layihələndirilməsi və tikintisi üzrə işlər Azərbaycan Prezidenti İlham Əliyevin 13 mart 2021-ci il tarixli sərəncamına əsasən başladılmışdı.
Layihəyə əsasən, dəmir yolunda doqquz stansiyanın inşası nəzərdə tutulub: Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz və Ağbənd.
Yolda, həmçinin, 469 mühəndis qurğusu, o cümlədən, 41 körpü, 22 avtomobil keçidi, üç tunel və digər qurğular inşa olunacaq. Tikinti üç mərhələdə tamamlanacaq.
Qeyd edək ki, fevralın 20-də "Azərbaycan Dəmir Yolları" QSC Horadiz-Ağbənd dəmir yolunun tikintisinin gedişatı ilə tanışlıq üzrə mediatur təşkil edib. (Trend)