22.01.2026, 10:30
AZ EN
21.01.2026, 23:47 82

UEFA Çempionlar Liqası: “Qarabağ” Bakıda “Ayntraxt”a qalib gəlib

XƏBƏRLƏR
  • Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turu çərçivəsində keçirilən “Qarabağ” və “Ayntraxt” (Almaniya) komandaları arasında keçirilən oyun başa çatıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan matç təmsilçimizin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdam klubunun heyətində qolları 4-cü və 80-ci dəqiqələrdə Kamilo Duran, 90+4-cü dəqiqədə Bəhlul Mustafazadə vurub. Rəqib komandada isə 11-ci dəqiqədə Can Uzun, 78-ci dəqiqədə isə Fares Çaibi fərqlənib.

Bu nəticədən sonra “Qarabağ” turnir cədvəlində 10 xalla 17-ci, 4 xala malik “Ayntraxt” isə 33-cü pillədə qərarlaşıb.

Azərbaycan çempionu sonuncu matçını yanvarın 29-da İngiltərədə “Liverpul” klubuna qarşı keçirəcək. (AZƏRTAC)

Oxşar xəbərlər