Bunları İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatda qızıl medal qazanan türkiyəli atlet Cansu Bektaş deyib.
“Onlara (azərbaycanlı həmkarlarıma-red) salam olsun. Sizi çox sevirik, hər zaman yanınızdayıq”, - Avropa çempionatının qızıl medalçısı deyib.
Qeyd edək ki, Cansu Bektaş 45 kq-da fəxri kürsüyə qalxıb. O, birdən qaldırmada 72 kiloqramın öhdəsindən gələrək qızıl medala sahib olub.
İdmançı azərbaycanlı həmkarlarını dəstəklədiyini bildirib.("Report")