Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Laçın bulvarında iki gün davam edən tədbirə 100-dən çox iştirakçı qoşulub.
Müxtəlif yaş qruplarından olan iştirakçılar qaçış, yerindən uzunluğa tullanma, top atma, ağırlıqqaldırma, turnik, paralel qollar, dayaqlı vəziyyətdən qolların bükülüb-açılması və qarın əzələlərinin möhkəmləndirilməsi ("jim" və "press") normativlərini yerinə yetiriblər. Normativləri yerinə yetirən bütün iştirakçılara sertifikatlar təqdim olunub.
"Sağlam həyat" günləri layihəsi ilk dəfədir ki, işğaldan azad edilmiş və əhalinin məskunlaşdığı bölgələrdə təşkil olunur. (AZƏRTAC)