Ağdam təmsilçisindən verilən məlumata görə, bu təşəbbüs COP29 Sədrliyi və BMT-nin İdman və İqlim Dəyişikliyi üzrə Departamenti (UNFCCC) tərəfindən dəstəklənib. Tədbir noyabrın 16-da saat 14:00-da Mavi Zonanın "Nəsimi" zalında baş tutacaq.
Dünyanın, xüsusilə Avropanın iqlim dəyişikliyi və dayanıqlılıq sahəsində tanınmış və təcrübəli futbol klubları “Qarabağ”ın dəvətini qəbul edərək bu əhəmiyyətli toplantıda iştiraklarını təsdiqləyiblər. Tədbirdə iqlim dəyişikliyi ilə mübarizədə idmanın təsiri haqqında geniş müzakirələr aparılacaq və alyansda yer alan tərəfdaş klublar öz təcrübələrini paylaşacaqlar. (AZƏRTAC)