20.10.2024, 07:50
AZ EN
30.10.2023, 21:22 257

Premyer Liqa: “Qarabağ” “Araz-Naxçıvan”a məğlub olub

XƏBƏRLƏR
  • Bu gün Misli Premyer Liqasında XI tura yekun vurulub.

Turun son matçında “Araz-Naxçıvan” və “Qarabağ” qarşılaşıb.

Son çempion Tofiq Bəhramov adına Respublika stadionunda "Araz Naxçıvan"a məğlub olub: 2-1. Qalib gələcəyi halda liderliyə yüksələcək olan "atlılar" bu şansdan yararlana bilməyib.

Azər Bağırovun yetirmələri çempionu büdrətməyi bacarıb.

Qeyd edək ki, növbəti turun oyunları noyabrın 3-5-də keçiriləcək. (APA)

Oxşar xəbərlər