22.05.2024, 01:26
AZ EN
11.11.2022, 13:20 241

"Qarabağ" dünya reytinqində 8 pillə irəliləyib

XƏBƏRLƏR
  • Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

IFFHS-in rəsmi saytına istinadən xəbər verilir ki, 301 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən yalnız "Qarabağ" yer alıb.

Aktivində 143,5 xal olan "köhlən atlar" 8 pillə irəliləyərək 83-ü olub.

İlk "3-lük"də 329 xalla "Flamenqo" (Braziliya), 311 xalla "Liverpul" (İngiltərə) və 308 xalla "Palmeyras" (Braziliya) qərarlaşıb. (Report)

Oxşar xəbərlər