17.01.2026, 23:05
AZ EN
04.01.2026, 09:00 111

"Qarabağ" Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

XƏBƏRLƏR
  • "Qarabağ"ın Türkiyənin Antalya şəhərində qış təlim-məşq toplanışı çərçivəsində yoxlama görüşlərində qarşılaşacağı rəqiblər müəyyənləşib.

Klubdan verilən məlumata görə, yanvarın 10-dan 17-dək Belek bölgəsində hazırlıq keçəcək Ağdam təmsilçisi Özbəkistanın “Neftçi” (Fərqanə) və Polşanın "Zalebye" klubları ilə qarşılaşacaq.

Matçlar, müvafiq olaraq, yanvarın 12-də və 16-da keçiriləcək.

Qeyd edək ki, “Qarabağ” yeni ildə ilk rəsmi oyununa yanvarın 21-də çıxacaq. Komanda UEFA Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində Almaniyanın “Ayntraxt” klubu ilə qarşılaşacaq. (AZƏRTAC)

Oxşar xəbərlər