31.01.2026, 14:02
AZ EN
30.01.2026, 11:09 216

Azərbaycan "Qarabağ"ın sayəsində UEFA reytinqində bir pillə irəliləyib

XƏBƏRLƏR
  • UEFA Çempionlar Liqası və Avropa Liqasının əsas mərhələsinin sonuncu - VIII turunun oyunlarından sonra Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib.

"Qarabağ" son matçda "Liverpul"a (İngiltərə) 0:6 hesabı ilə məğlub olsa da, pley-offa vəsiqə qazandığı üçün ölkəmiz 26-cı yerə yüksəlib.

Azərbaycan hazırda 22.937 xala malikdir. 27-ci sıradakı Sloveniyanın 22.843 əmsalı var.

Qeyd edək ki, siyahıya 111.797 əmsalla İngiltərə başçılıq edir. (Report)

Oxşar xəbərlər