Şuşa təmsilçisi 1/32 finalın ilk oyununda Slovakiyanın "TJ Spartak" klubu ilə üz-üzə gəlib.
Bakıdakı Voleybol Mərkəzində reallaşan qarşılaşma Azərbaycan komandasının 3:0 (25:23, 25:21, 27:25) hesablı qələbəsi ilə yekunlaşıb.
Cavab görüşü sabah eyni arenada gerçəkləşəcək. (Report)