26.07.2025, 01:33
AZ EN
24.07.2025, 15:45 213

Azərbaycan cüdoçusu Yay Olimpiya Festivalında ermənistanlı rəqibinə ipponla qalib gəlib

XƏBƏRLƏR
  • Azərbaycan cüdoçusu Məhəmməd Ağakişiyev (73 kiloqram) XVIII Avropa Gənclər Yay Olimpiya Festivalına qələbə ilə başlayıb.

Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən bildirilib ki, mübarizəyə 1/8 finaldan başlayan idmançı Ermənistanı təmsil edən Tiqran Saruxanyanla qarşılaşıb. Rəqibinə ipponla qalib gələn cüdoçumuz 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, daha əvvəl Amin Mehdiyev (81 kiloqram) də 1/4 finala vəsiqə əldə edib. (AZƏRTAC)

Oxşar xəbərlər