19.04.2025, 04:45
AZ EN
08.04.2024, 12:46 374

Füzulidə daha 4 kəndin bərpasına başlanır

QARABAĞ
  • Qarabağ İqtisadi Rayonunda Bərpa,Tikinti və İdarəetmə Xidməti Füzuli rayonu ərazisində yerləşən kəndin layihələndirilməsi ilə bağlı tenderə yekun vurub.

"Vətən səsi" xəbər verir ki, adı çəkilən qurumla tenderlərin qalib olduğu seçilmiş 4 şirkət arasında ümumi dəyəri 5 milyon 911 min 181 manat olan müqavilələr imzalayıb. Həmin şirkətlər “NKT-bərpa” MMC, “Era Design Group” MMC, "Kooplayihə AHB” firması və “Iron Tree” MMC-dir. Müqavilə öhdəliklərinə uyğun olaraq “NKT-bərpa” MMC Füzuli rayonunun Mirzəcamallı, “Era Design Group” MMC Qaraxanbəyli, "Kooplayihə AHB” firması Qarakollu, “Iron Tree” MMC isə Qarabazar kəndlərinin bərpası üzrə layihələndirmə işləri aparılmalıdır. Bunun üçün həmin şirkətlərə müvafiq olaraq 1 milyon 176 min 195 manat, 1 milyon 979 min 981 manat, 1 milyon 595 min 478 manat və 1 milyon 159 min 527 manat vəsait ödəniləcək.

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR