08.09.2024, 08:55
AZ EN
03.07.2024, 08:02 253

Hadrutda yeddi yaşayış binasının bərpasına başlanılacaq

QARABAĞ
  • Hadrutda yeddi yaşayış binasının bərpası, inzibati mərkəzin, klub-icma mərkəzinin, müxtəlif ictimai-iaşə binalarının tikintisi yaxın zamanlarda başlayacaq”.

Bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Ümid İsazadə Füzulidə jurnalistlər üçün keçirilən brifinqdə deyib. O, qeyd edib ki, qəsəbədə məscidin tikintisi, eləcə də özəl investisiya hesabına fərdi yaşayış evlərinin tikintisi davam edir. Dövlət tərəfindən torpaq, söküntü işləri qəsəbədə artıq bitib. Hadrut qəsəbəsi və Tuğ kəndinin turizm mərkəzləri olacağını nəzərə alaraq isə hər iki ərazidə Dövlət Turizm Agentliyi tərəfindən layihələndirmə, zəruri infrastrukturu, turizm məlumat mərkəzlərinin və digər işlərin qurulması üzərində də iş gedir.

Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Ümid İsazadə daha sonra əlavə edib ki, Tuğ kəndi də çox böyük vandallığa məruz qalıb: “O səbəbdən biz ilkin mərhələdə orda 30 fərdi yaşayış evlərinin yenidən bərpasına, onların ətrafında da hasarların, yaşıllıq ərazilərinin, yer kommunikasiya şəbəkələrinin, səkilərin, inzibati  mərkəzlərin, bir neçə qeyri-yaşayış binasının, məktəbin və baxçanın tikintisinə və yaxud da bərpasına yaxın zamanlarda artıq başlayacağıq. Orda da torpaq işləri artıq bitib”.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər