Bunu “Azərbaycanda mobilliyin transformasiyası proqramı”nın təqdimatında nazir müavini Rəhman Hümmətov bildirib.
"Artıq Laçın rayonu, o cümlədən Laçın-Zabux istiqaməti ilə bağlı planlar hazırdır. Şuşa şəhəri ilə bağlı da addımlar atılır", - deyə o qeyd edib.
Nazir müavini son günlər Azərbaycanın gömrük postlarında yük maşınlarının sıxlığının yaranmasına da münasibət bildirib: “Son illər ölkəmizə məxsus yükdaşıyan nəqliyyat vasitələrinin sayı kəskin artıb. Əvvəl cəmi 2 000 yükdaşıyan nəqliyyat vasitəsi var idisə, bu gün bu rəqəm 12 600-a çatıb. Gömrük keçid məntəqələrinin genişləndirlməsi gündəmdədir və bu istiqamətdə də addımlar atılır. Amma bu, sinxron şəkildə olmalıdır. Azərbaycan-Gürcüstan sərhəddində yük maşınlarının nizamlanmasına baxanda bu ölkənin Türkiyə və digər ölkələrlə sərhəddindəki mənzərəni də nəzərə almaq laızmdır. Onu da qeyd edim ki, ölkəyə idxal edilən yük maşınlarının sayı 36-37% artıb". (Report)