Bunu divar kağızları istehsalı zavodunun rəhbəri Əli Əliyev deyib.
O bildirib ki, 1,5 hektar ərazidə yerləşən zavod Cənubi Qafqazın ilk divar kağızı istehsalı müəssisəsidir. Burada istehsal prosesi tam avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Hazırda 8 saatlıq iş prosesi ilə fəaliyyət göstərən müəssisədə 20 nəfər işlə təmin edilib. Gələcəkdə işçilərin sayının 60 nəfərə çatdırılması planlaşdırılır.
Hazırda müəssisədə günlük istehsal 2000-2500 rulondur. Yeni ildən 16 saatlıq iş rejiminə keçilməsi və günlük 5000 rulon divar kağızı istehsalı nəzərdə tutulub. (AZƏRTAC)