19.04.2024, 23:09
AZ EN
03.10.2022, 18:00 127

“Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarında 13 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub

QARABAĞ

Qoyuluş gücü 4,8 meqavat olan “Suqovuşan-1” və 3 meqavat olan “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarında cari il sentyabrın 1-dək 13 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib. Bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, 2020-ci ilin oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsi işğaldan azad edilib. 1 il sonra - 2021-ci il oktyabrın 3-ü tarixində isə “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyalarının yenidənqurmadan sonra açılışı olub. (AZƏRTAC)

Oxşar xəbərlər