22.11.2024, 08:27
AZ EN
09.04.2022, 13:50 448

Xocasəndə 65 hektar ərazi yaşıllaşdırılır

QARABAĞ

Azərbaycanın hər yerində IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə əməkdaşlığı ilə “Yaşıl Marafon” devizi altında ağacəkmə kampaniyası keçirilir. “Yaşıl Marafon 2022” ağacəkmə kampaniyasının növbəti aksiyasında iştirak edən ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev belə deyib.

“Növbəti kampaniyamız da Xocasəndə həyata keçirilir. Burada 3 hektara yaxın ərazidə mindən çox zeytun və Eldar şamı ağacları əkdik. Bu aksiyaya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Binəqədi Rayon İcra Hakimiyyəti və BP şirkətinin əməkdaşları da qoşulublar”, - deyən nazir müavini bildirib ki, nazirliyin özünün meşə fondu ərazilərində, hava şəraitinin imkan verdiyi müddətə qədər ağacəkmə kampaniyası davam edəcək.

“Yaşıllaşdırılan ərazi suvarma şəbəkəsi ilə də təmin olunub. Bildiyimiz kimi keçən il magistral yolun üst tərəfini yaşıllaşdırmışdıq. İndi isə yolun əks tərəfi olan 65 hektar ərazini yaşıllaşdırırıq. Bizim əsas məqsədimiz Abşeron yarımadasında yaşıl koridorların yaradılmasıdır. Buradan da vətəndaşlarımızı tədbirə qoşulmağa dəvət edirik”,- deyə F.Əliyev hamını ağacəkmə kampaniyasında aktiv iştirak etməyə çağırıb. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR