22.06.2025, 19:50
AZ EN
15.11.2022, 15:10 417

Şuşa şəhəri keyfiyyətli su ilə təmin ediləcək

QARABAĞ
  • Artıq Şuşada dayanıqlı və keyfiyyətli içməli su təminatı üzrə аlternativ su mənbəyinin yaradılması işləri yekunlaşıb. Daşaltı kəndinin yaxınlığında, Zarıstlı çayının məcrasında sutoplayıcı bənd tikilib. Burada müasir nasos stansiyası və polad borularla 2,6 km uzunluğunda kəmərdə çəkilib. Hazırda layihə üzrə son tamam işləri aparılır.

«Azərsu» ASC-nin sahə rəisi Rasim Yaqubov bildirib ki, bəndin su tutumu həcmi 25 min kuba bərabərdir. Hal-hazırda bəndin tam şəkildə mantaj işləri yerinə yetirilmiş, işlər yekunlaşmışdır.

Burdan əlavə kiçik kers şuşa magistral kəmərinin istismara yarasız 5,3 km-lik hissəsi də polad borularla əvəzlənib.

«İki kameradan ibarət qurğu qurulub, yağıntının miqdarı az olanda birinci kamera bu suyu qəbul edir. Çaylarda suların daşmasında artıq suların miqdarı artanda 2-ci kamera bu suyu qəbul edir və 325 diametrlik boru ilə Şuşa şəhərinə nəql olunur», - deyə xidmət rəisi Oqtay Həziyev bildirib.

Həmçinin Şuşa şəhərinin relyef baxımından hündür nöqtələrində iki ədə mərkəzi anbarın tikintisinə də başlanılıb.

Hazırladı: Sevda Süleymanova

Oxşar xəbərlər