21.09.2024, 07:23
AZ EN
13.09.2024, 14:39 218

Suqovuşan qəsəbəsində yeni yaşayış məhəlləsinin tikintisi yekunlaşmaq üzrədir

QARABAĞ
  • Suqovuşan qəsəbəsində yeni yaşayış məhəlləsinin tikintisi yekunlaşmaq üzrədir.

2 hektardan çox ərazini əhatə edən kompleksdə 25-i 1 otaqlı, 80-i 2 otaqlı 75-i 3 utaqlı, 10-u isə  4 otaqlı olmaqla, ümumilikdə 190 mənzil inşa edilir.  2 girişi olan 5 mərtəbəli binanın hər birində lift quraşdırılıb və zirzəmisində 22 avtomobil dayanacağı var.  Məhəllədə futbol, idman və uşaq meydançaları, transformator yarımstansiyası, su anbarı və digər zəruri infrastruktur obyektlərin tikintisi də başa çatır. Burda həmçini geniş yaşılıq zolaqlıqları da salınır.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər