16.04.2024, 08:47
AZ EN
23.06.2022, 14:00 251

Agentlik: "Bərpa işləri Qarabağı turistlər üçün gözəl məkan edəcək"

QARABAĞ
  • "Azərbaycanda turizmin inkişafı üçün geniş potensial mövcuddur. Qarabağ turizm üçün gözəl məkandır. Hazırda aparılan yenidənqurma və bərpa işləri Qarabağı turistlər üçün gözəl məkan edəcək".

Bunu Rumıniya nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan və Rumıniya Hökumətlərarası Komissiyasının iclasında Dövlət Turizm Agentliyinin Aparat rəhbərinin müavini Cəlil Məlikov deyib.

O bildirib ki, pandemiya turizm sahəsinə ciddi mənfi təsir edib:

"Rumıniya ilə turizm sahəsində münasibətləri inkiaf etdirmək üçün geniş potensial var. Turizm sənayesinin nümayəndələri arasında görüşlərin keçirilməsi Azərbaycan və Rumıniya arasında bu sahədə əməkdaşlığın inkişafı üçün vacibdir". (APA)

Oxşar xəbərlər