“Vətən səsi” xatırladır ki, işğaldan azad olunmuş ərazilərə ilk qayıdış Zəngilan rayonunun Ağalı kəndindən başlayıb. Belə ki, “ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulmuş Ağalı kəndinin bərpasının birinci mərhələsi üzrə açılış mərasimi 2022-ci il mayın 27-də olub. İşğala qədər bu inzibati ərazi özündə 3 kəndi birləşdirirdi - Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı. 1993-cü ildə Zəngilan rayonu Erməni silahlı qüvvələri tərəfindən işğal olunarkən Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda isə 161 ailə (675 nəfər) yaşayıb.
Torpaqlarımızın işğaldan azad olunmasından sonra ərazilərin bərpasına məhz Zəngilandan başlanması təsadüfi deyil. Müasir texnoloji yeniliklərin tətbiqi ilə yenidən qurulan Ağalı kəndində reallaşdırılan layihənin birinci mərhələsi yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələri üzrə həyata keçirilib. Ağalıda inşa olunan 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə edilir. Kənddə “Smart DOST” xidmət məntəqəsi və “Dost Aqropark” da fəaliyyət göstərir. Burada “Azərpoçt” MMC-nin şöbəsi, “ASAN xidmət”, Kiçik və Orta Biznesin İnkişafı mərkəzləri də sakinlərin xidmətindədir. Ağalı kənd meydanında isə 30 ilə yaxın işğal altında qalan torpaqlarımızda sülhü təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi də ucaldılıb.
Hazırda vahid konsepsiya əsasında bərpa olunan Ağalı kəndinə köçürüləcək əhalinin ümumi sayı 1504 nəfər və ya 352 ailədən ibarət olacaq. Ötən il iyulun 19-da Ağalıya ilk köç başlayıb və həmin gün 48 nəfərdən ibarət 10 ailə doğma yurduna qayıdıb. İyulun 25-dək davam edən birinci mərhələ üzrə Zəngilan rayonunun Ağalı kəndinə köçürülənlərin ümumi sayı 201 nəfər (41 ailə) olub.
Bu ilin martında 20 ailənin köçürüldüyü Tərtər rayonunun Talış kəndində isə 20 yaşayış, 9 qeyri-yaşayış binasının tikintisi başa çatdırılıb. Eyni zamanda bütün yolun əsas magistral, 4 yol kommunikasiya şəbəkəsi tam olaraq bərpa edilərək əsaslı şəkildə qurulub. Kənd ilk dəfə olaraq Qarabağ iqtisadi rayonu ərazisində bərpa edilən yaşayış məntəqəsidir. Hazırda bərpa-quruculuq işlərinin davam etdiyi Talış kəndi tamamilə qazlaşdırılıb, burada sakinlərin rahat yaşaması üçün hər cür şərait yaradılıb. İkinci mərhələdə kəndə daha 158 ailənin köçürülməsi nəzərdə tutulur.
Köçürülmə ünvanı |
Köçürülmə tarixi |
Köçürülənlərin sayı |
Müvəqqəti məskunlaşma ünvanı |
|
Nəfər |
Ailə |
|
||
Zəngilan, Ağalı kəndi |
19.07.2022 |
48 |
10 |
Abşeron r., Masazır qəs. |
Zəngilan, Ağalı kəndi |
21.07.2022 |
58 |
10 |
Bakı, Sumqayıt, Abşeron |
Zəngilan, Ağalı kəndi |
23.07.2022 |
40 |
10 |
Bakı, Sumqayıt, Abşeron |
Zəngilan, Ağalı kəndi |
25.07.2022 |
55 |
11 |
Abşeron r., Masazır qəs. |
Zəngilan, Ağalı kəndi |
07.09.2022 |
63 |
12 |
Bakı, Sumqayıt, Abşeron |
Zəngilan, Ağalı kəndi |
10.09.2022 |
62 |
13 |
Bakı, Sumqayıt, Abşeron |
Zəngilan, Ağalı kəndi |
28.02.2023 |
50 |
10 |
Abşeron, Sumqayıt |
Zəngilan, Ağalı kəndi |
03.03.2023 |
44 |
10 |
Bakı, Abşeron, Sumqayıt |
Tərtər, Talış kəndi |
16.03.2023 |
90 |
20 |
Bakı, Bərdə, Tərtər, Samux, Goranboy |
Laçın şəhəri |
27.05.2023 |
97 |
20 |
Abşeron və Sumqayıt |
Laçın şəhəri |
14.06.2023 |
72 |
22 |
Abşeron və Sumqayıt |
Laçın şəhəri |
25.06.2023 |
53 |
15 |
Bakı (“Qobu park-3”) |
Cəmi |
|
732 |
163 |
|
"Böyük qayıdış" proqramının mühüm tərkib hissələrindən olan Laçına ilk köç isə a bu ilin mayına təsadüf edib. Belə ki, “Respublika günü” ərəfəsində 20 ailə 31 illik həsrətdən sonra doğma Laçın şəhərinə köçürülüb. Hazırda Laçın şəhərində ümumi sayı 222 nəfər olmaqla 57 ailə öz doğma evində yaşayır.
Qeyd edək ki, “Böyük Qayıdış” çərçivəsində 2023-cü ildə Laçın şəhərinə 700 ailənin, Zabux və Sus kəndlərinə isə 800-dən çox sakinin köçürülməsi nəzərdə tutulub.
Beləliklə, “Böyük qayıdış” proqramının icrasına başlandığı son bir ildə ümumi sayı 732 nəfər olmaqla 163 məcburi köçkün ailəsinin doğma yurduna köçürülməsi təmin olunub. İşğaldan əvvəlki yaşayış ünvanına köçürülənlər arasında ilk yeri Zəngilan rayonunun Ağalı kəndi tutur – 86 ailə, 420 nəfər.
Elxan SALAHOV