21.11.2024, 21:51
AZ EN
17.09.2022, 11:26 479

Aydın Kərimov: “Şuşada quruculuq və bərpa yalnız Baş plana uyğun aparılır”

QARABAĞ
  • Şuşada quruculuq və bərpa yalnız Baş plana uyğun aparılır.

Bunu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Şuşada Türk Biznes Forumunun nəticələrinə əsasən tviter hesabında yazıb.

“Qarabağ regionunun bərpası və inkişafına həsr olunmuş Şuşa Türk Biznes Forumu zamanı çıxışımda qeyd etdim ki, hazırda şəhərin Baş planı üzrə işlər yekunlaşmaqdadır, quruculuq və bərpa işləri yalnız Baş plana uyğun aparılır”, - Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi qeyd edib.

Qeyd edək ki, sentyabrın 16-da Şuşa şəhərində Qarabağ regionunun bərpası və inkişafına həsr olunmuş Şuşa Türk Biznes Forumu keçirilib. Forum İqtisadiyyat Nazirliyinin, Türk Dövlətləri Təşkilatının, Türk Ticarət və Sənaye Palatasının dəstəyi, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirdə Türk Dövlətləri Təşkilatının daimi üzvlərinin (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan) və müşahidəçi üzv Macarıstanın dövlət qurumlarının, eləcə də müxtəlif təşkilatların və diplomatik korpusun nümayəndələri, iş adamları iştirak ediblər.

Forumun məqsədi türk dövlətləri arasında iqtisadi, biznes və investisiya əlaqələrinin daha da dərinləşməsi, sahibkarlar arasında dialoqun təşviqi, Qarabağ regionunun iqtisadi və sərmayə potensialının xarici iş adamlarına təqdim olunmasıydı. (Report)

Oxşar xəbərlər