Bu fikirləri mədəniyyət naziri Anar Kərimov “Youth ArtCamp Shusha and Baku” (Şuşa və Bakı Gənclər İncəsənət Düşərgəsi) adlı beynəlxalq layihənin bağlanış mərasimində çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, bu yaradıcı düşərgəni dünyanın bütün ölkələrində gerçəkləşdirmək istəyirik:
"Bu il sözügedən layihə Azərbaycanın Mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirildi. Ağdam, Şuşa və digər bölgələrdə mədəni abidələrimiz dağıdılsa da, biz Qarabağı yenidən quracağıq. Çalışırıq ki, bölgədə sülhün yaradıcısı olaq. Əziz rəssamlar, işğaldan azad edilən rayonlardan, eləcə də Qarabağdan ilhamlanıb rəsmlər ərsəyə gətirməklə bizim mədəniyyət elçilərimizə çeviriləcəksiniz".
A.Kərimov vurğulayıb ki, burada olarkən gənc rəssamlar Azərbaycan xalqının sülhsevər və qonaqpərvər bir xalq olduğunun şahidi oldu:
"Şadam ki, UNESCO tərəfindən yaradılan bu layihə gələcəkdə Şuşanı dünya mədəniyyətinin böyük bir mərkəzinə çevirəcək".