Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (QİRİAOƏ) (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov tviter hesabında Qarabağ Dirçəliş Fondunun (QDF) sədri Rəhman Hacıyevlə görüşdən sonra belə yazıb.
“Görüşdən sonra QDF tərəfindən QİRİAOƏ-ə Azərbaycan Respublikasının xüsusi nümayəndəliyinə pick-up tipli avtomobil ianə edildi. Dərin təşəkkürümüzü bildiririk!”, - Emin Hüseynov əlavə edib. ("Report")