22.11.2024, 03:12
AZ EN
22.11.2022, 15:20 405

Rövşən Rüstəmov: "Horadiz-Ağbənd dəmir yolu üzrə tikinti işlərinin 38 %-i yerinə yetirilib"

QARABAĞ
  • Hazırda Horadiz-Ağbənd dəmir yolu layihəsi üzrə 78 %, tikinti işlərinin 38 %-i yerinə yetirilib.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov deyib.

Onun sözlərinə görə, müharibə başa çatdıqdan sonra Ali Baş Komandanın əmri ilə bir çox layihələrə, o cümlədən məcburi köçkünlərin qaytarılacağı ərazilərin bərpasına start verilib:

"Onların arasında dəmir yolu rabitəsi ilə bağlı olanlar da var, bunlar Bərdə-Ağdam və Horadiz-Ağbənd qollarıdır. Uzunluğu 110,4 kilometr olan Horadiz-Ağbənd dəmir yolunun təməli 2021-ci ilin fevralında qoyulub. Hazırda layihə üzrə 78 %, tikinti işlərinin 38 %-i yerinə yetirilib. Daha bir layihə - uzunluğu 47,1 kilometr olan Bərdə-Ağdam layihəsi müharibənin başa çatmasından bir neçə gün sonra istifadəyə verildi. Hazırda layihələndirmə işlərinin 90 %-i, tikinti işlərinin 58 %-i yerinə yetirilib".

R.Rüstəmov bildirib ki, “Azərbaycan Dəmir Yolları” bu layihələri 2023-2024-cü illərdə tam istismara verməyi planlaşdırır: "Zəngəzur dəhlizinə gəlincə, biz onun işə salınmasının şərtlərini hazırlayırıq. Əslində bu istiqamət Avropaya yeni marşrut yaradır. Zəngəzur dəhlizi daha qısa, asan, Avropaya daha yaxşı çıxış imkanına malikdir və bu, Azərbaycanın tranzit potensialını artıra bilər". (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR