17.12.2025, 22:09
AZ EN
11.12.2025, 15:03 223

Ağdamda kompleks bərpa işləri genişlənir

QARABAĞ
  • Ağdam rayonunda bərpa və yenidənqurma işləri çərçivəsində daha bir iritutumlu layihənin icrasına başlanır. Söhbət "Böyük qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq yenidən qurulan Ağdam rayonunundakı 4 nömrəli yaşayış massivində sosial-mədəni infrastrukturların yaradılmasından gedir.

"Vətən səsi" xəbər verir ki,  "Ağdam, Füzuli və Xocavənddə rayonlarında Bərpa, Tikindi və İdarəetmə Xidməti" publik hüquqi şəxsin bununla bağlı elan etdiyi abadlıq işləri üzrə tenderin qalibini müəyyənləşdirib. "Ağdam rayonunun 4 nömrəli yaşayış massivi üzrə su-kanalizasiya, yaşıllıq, yol, səki və abadlıq işlərinin satın alınması" adlı tenderin qalibi  "Az Technocon Group" MMC olub. Artıq tərəflər arasında ümumi dəyəri 3 milyon 269 min 870 manat olan müqavilə də imzalanıb.

Xatırladaq ki, "Az Technocon Group" MMC işğaldan azad olunmuş ərazilərdə indiyədək bir neçə bu cür layihələr həyata keçirib. Bunların arasında Ağdam şəhərindəki 2 nömrəli yaşayış massivinin qazanxana kompleksinin tikintisi və quraşdırılması, Zəngilan rayon Cahangirbəyli kəndinin yenidənqurulması layihəsi çərçivəsində daxili kommunikasiya (köməkçi obyektlərin tikintisi) işlərinin qurulması, Ağdam şəhərinin inzibati ərazisində inzibati bina kompleksinin və şəhər meydanının tikintisi layihəsi çərçivəsində söküntü işlərinə dair satınalmalar da var. Şirkət həmçinin Füzuli, Ağdərə və Xocavənd rayonlarında da analoji layihələr həyata keçirib. 

Elxan SALAHOV

 

Oxşar xəbərlər