13.05.2025, 08:19
AZ EN
01.02.2024, 12:28 348

İşğaldan azad olunmuş ərazilər təbii qazla təchiz edilir

QARABAĞ
  • İşğaldan azad olunmuş ərazilər təbii qazla təchiz edilir. Əhalinin məskunlaşdığı evlərin qazla təmin olunması üçün ilk addım qaz kəmərlərlərinin çəkilməsidi. Daha sonra təhlükəsizlik tədbirləri həyata keçirilərək qaz xətti istifadəyə verilir.

“Azəriqaz” İstehsalat Birliyinin şöbə rəisi Eldəniz Vəliyev İTV-nin “Qarabağ Gündəliyi”nə bildirib ki, magistral kəmərlər çəkiləndən sonra artıq rayonlara, kəndlərə daşıyıcı kəmərlərin çəkilməsi prosesini “Azəriqaz” və digər podratçı şirkətlər icra edirlər. İlk olaraq Tərtər rayonunun Talış kəndində biz bu presesi həyata keçirdik.

Hazırda Laçın, Ağdam, Füzuli, Xocalı, Xankəndi və Şuşanın qazlaşdırılması layihəsi icra olunur. Artıq daşıyıcı magistral qaz kəməri və küçə xətlərinin çəkilişinə başlanılıb.

Bu yaxınlarda Laçında məskunlaşmış 150 sakinin qazla bağlı problemi həll olundu. Qazlaşdırma presesi ağıllı kənd və şəhərlər istisna olmaqla aparılır. Ümumilikdə “Yaşıl zona” adlandırılan ərazidə qazdan məhdud istifadə olunması nəzərdə tutulur. Bununla bağlı xüsusi yaşıl zona konsepsiyası hazırlanıb.

Mina RƏŞİD

Oxşar xəbərlər