Seyidli kəndi rayon mərkəzindən 1 km şimal şərqdə, Ağdam dəmir yol stansiyasından 5 km aralı, Qarabağ düzündə yerləşir.
Mənbələrdə qeyd olunur ki, Seyidli XVIII əsrdə Kəbirli tayfasının oymaqlarından sayılırdı. Qarabağ xanlığı zamanında Seyidli oymağının əhalisi xanlığın güvəndiyi igid, mərd insanlar sırasında idi.
Ağdamın işğal dövründə kənd erməni vandalları tərəfindən darmadağın edilmişdir.
Kənd 1993-ci il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Tahirə AĞAMİRZƏ