01.07.2025, 21:24
AZ EN
19.04.2023, 10:32 505

Ağdam rayonu, Boyəhmədli kəndi

QARABAĞ

Azərbaycan Respublikası Ağdam rayonunun Boyəhmədli kəndi rayon mərkəzindən 17 km şimalda, Qabartı çayının hər iki sahilində, Qarabağ dağ silsiləsinə aid olan Qaraman dağının şərq ətəyində və Qarabağ düzündədir. Naxçıvan MR Culfa rayonunda da Boyəhmədli adlı kənd var. 1930-cu ilə qədər kənd Yelizavetpol quberniyasının Cavanşir qəzasının tərkibində olmuşdur. Qızıl Kəngərli və Salahlı Kəngərli kəndləri arasında ilk tunc dövrünə aid olan Boyəhmədli kurqanları var. Burada həmçinin orta əsrlərə aid Gavurqala yaşayış yeri və Daş qutusu nekropolu mövcud olmuşdur. Kənddə XIX əsrə aid məscid, uşaq bağçası, kitabxana, tibb məntəqəsi, rabitə şöbəsi, orta məktəb, şərab zavodu, müxtəlif ticarət-iaşə obyektləri və s. olmuşdur.

İsa Musayev

Oxşar xəbərlər