Qarabağda yaşamış Mərzili tayfasının adındandır. XIX əsrin sonlarında Mərzəli Kənd icmasında Birinci Mərzili. Mərzili-İsmayıl bəy (indi bu kənd İsmayıl bəyli adlanır) və Mərzili-Cəfərquluağa adlı üç məntəqə vardı. Qarabağda XIX əsrdə yaşamış Mərzili elinin oturaqlaşması nəticəsində yaranmış kəndlərdəndir. Bu el 1845-ci ildə cəmi 19 ailədən ibarət olub. Mosul, Goranlı, Molday Rəsullu və Zeynalabdinbəyli köçləri Şirvan xalqı Musfata xana məxsus olmuş, lakin xanlıq ləğv edildikdən sonra Araz sahillərinə köçürülmüşdür. Mənbələrdə qeyd edilir ki, Mərəzəli (Mərzilik) eli 5 qoldan ibarət olmuşdur. Ulu-Şıxlı, Əmirli, Danayerli, Kürə-Çullu və Sofulu sonra el böyüyərək 8 tirədən ibarət olub: Mehterli, Şirvanlı, Bapaxçı, Hacımanlı, Dəlləkli, Novruzlu, Həmzəlilər və Daşdəmirlər.
Mərzili kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. İşğal dövründə kənd erməni vandalları tərəfindən darmadağın edilmişdir. 20 noyabr 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Tahirə AĞAMİRZƏ