30.04.2025, 15:20
AZ EN
12.04.2023, 22:18 299

Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndi

QARABAĞ

Aşağı Seyidəhmədli kəndi 1600-1700-cü illərdə yarandığı ehtimal olunur. Kənddə ev tikmək üçün bünövrə qazanlar bəzi yerlərdə torpağın altında, bəzən kiçik təpələrdə 3-4 min il yaşı olan saxsı qab-qacaq qırıntılarına rast gələrmişlər. Bu nümunələr Norveçdə, Skandinaviyada qədim İvarlarla eynilik təşkil edirdi. Burada bəzi qazma işləri zamanı qiymətli sikkələr də tapılırmış. Bu tapıntılar Quruçay mədəniyyətinə aid edilir. Kənd əhalisinin soyu Cənubi Azərbaycanın Qaradağ mahalının Dilboz kəndinə gedib çıxır. 1680-1700-cü illərdə Qacarların mənfur siyasəti nəticəsində Qaradağ mahalının Vərziqan (Dilboz) ərazisinə ermənilər köçürülmüşdür. Buna etiraz olaraq bölgənin ən hörmətli və tanınmış din adamı olan Övliya Seyyid Əhməd ağa və qardaşı Seyyid Mahmud ağa buranın əhalisini indiki Aşağı Seyidəhmədli kəndinin ərazisinə gətirmişdir. Kənd Quruçay və Köndələnçay arasındadır. Aşağı Seyidəhmədli kəndində orta məktəb, iki uşaq bağçası olmuşdur.

İsa MUSAYEV

Oxşar xəbərlər