Hüseynbəyli kəndi Azerbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidinə daxildir. Kənd Araz çayının sol sahilində, Mil düzündə yerləşir. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Füzuli rayonunun Hüseynbəyli kəndi dəqiqləşdirmə qaydasında Mirzəcamallı kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı - əkinçilik, maldarlıq və heyvandarlıq olub. 1993-cü ildə işğal olunan kənd 9 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən azad edilmişdir.
İsa Musayev