- Toxasar dağının şimal-şərq ətəyində, sıx meşənin ortasında yerləşən XIII əsrə aid Ktişvəng monastırı tarixi monastır kompleksidir. Yeparxiya mərkəzi kimi əvvəlcə Arranşahların nəzarətində olmuş, VIII əsrdən etibarən isə həmin sülalənin Dizaq qolunun himayəsinə keçmişdir. XIII əsrdə Dizaq məlikləri Avan və Yeqanın dövründə yeni tikililər inşa olunur, Qafqazın ən məşhur monastır komplekslərindən birinə çevrilir.
Kompleksin əsas elementi kafedral kilsədir. Kilsə yerli sarımtıl daşlardan inşa edilmişdir. Silindrik baraban üzərində yerləşən günbəz, ikipilləli dam kərpiclərindən yığılmış yelpik formalı örtüyə malikdir. Mənbələrdə qeyd edilir ki, Ktiçavəng (Ktişvəng) Qarabağın əsas dini və siyasi mərkəzlərindən biri olmuşdur. Mənbələrdə həmçinin monastırın adı Ktiş, Qtiç, Qtiçavəng kimi qeyd olunur.
İsa Musayev