23.06.2025, 03:09
AZ EN
25.10.2023, 09:03 325

Xocalı rayonu, Muxtar kəndi

QARABAĞ
  • Muxtar kəndi Azərbaycan Respublikasının Xocalı rayonunun Şuşakənd inzibati ərazi vahidində, Qarabağ silsiləsinin ətəyində yerləşir.

XIX əsrdə Çar Rusiyasi Azərbaycanı işğal etdikdən sonra gəlmə ermənilər burada yerləşdirilmiş və bir müddət Mxitarikənd adlandırılmışdı. 1992-ci ildən kəndin adı Muxtar kimi rəsmiləşdirilmişdir. Oykonimi şəxs adı ilə əlaqələndirirlər.

Kənd 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. 2020-ci il 9 noyabrda Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər