22.11.2024, 00:53
AZ EN
14.11.2023, 08:13 313

Ağdam rayonu, Ətyeməzli kəndi

QARABAĞ
  • Ətyeməzli, Azərbaycan Respublikasının Ağdam rayonunun Qiyaslı kənd inzibati ərazi dairəsindədir.

 Dağətəyi ərazidə yerləşir. Cox vaxt Ətyeməzli şəklində təqdim olunan bu coğrafi ad etnotoponim olub atyeməzlər tayfasının adı ilə bağlıdır və "at əti yeməyənlər" deməkdir. Mənbələrdə qeyd olunur ki, Atyeməzli kəbirli tayfa qrupuna daxil olan qərvəndli elinin bir qoludur. İranın Xorasan vilayətində də Atyeməz adlanan kənd qeydə alınmışdır. Güman edilir ki, atyeməzlilər vaxtilə Cənubi Azərbaycanın Atyeməz mahalından gəlmişlər. Atyeməzli kəbirli tayfa qrupuna daxil olan qərvəndli elinin bir qoludur.

Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur.

20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər