Sor kəndi Azerbaycan Respublikasının Xocavənd rayonunun Binədərəsi kənd inzibati ərazi dairəsi daxilindədir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Tsur kəndi Sor kəndi adlandırılmışdır. Kəndin adı Osmanlı qaynaqlarında Dizaq nahiyəsinin Sur kəndi kimi qeyd olunmuşdur. Bu kənd XIX əsrin 20-ci illərində İrandan gəlmiş erməni ailələrinin məskunlaşmasından sonra Tsur adlandırılmışdır. Sor sözü türk dillərində coğrafi termin kimi "duzlu çöl", "bataqlıq", "kiçik göl", "aşağı yer, ətək" mənalarında işlənir. Deməli, dağ ətəyində yerləşən bu kəndin adı məhz "aşağı yer, ətək" mənasındadır.
İsa Musayev