03.12.2024, 22:14
AZ EN
16.12.2023, 09:07 276

Ağdam rayonu, Novruzlu kəndi

QARABAĞ
  • Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati-ərazi dairəsində olan Novruzlu kəndi rayon mərkəzindən 12 kilometr cənub-şərqdə, qismən dağətəyi ərazidə yerləşir.

Ağdam rayonunun ən böyük kəndlərindən olan Novruzluda 1993-cü il iyulun 4-nə olan statistikaya görə, 698 ailə - 2666 nəfər yaşayıb. İşğaldan əvvəl kənddə yeni məktəb binası, klub, kitabxana, xəstəxana, rabitə şöbəsi, məişət evi, şərab zavodu fəaliyyət göstərib. Ağdam aeroportu da məhz bu kəndin ərazisində inşa edilmişdi.

Kənd 1993-cü il iyulun 22-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.

2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb.

Novruzlu kəndi də işğal dövründə erməni vandalizminə məruz qalıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər