10.02.2026, 19:25
AZ EN
10.02.2026, 17:38 23

“İmarət” Kompleksindəki araşdırmalarla bağlı yenilik

QARABAĞ
  • Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Qasımovun rəhbərliyi ilə bir qrup tədqiqatçı alim Ağdam şəhərindəki “İmarət” Tarix-Memarlıq Muzey Kompleksində elmi ezamiyyətdə olublar.

Bu barədə AMEA Arxeologiya və Antropologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, elmi ezamiyyə çərçivəsində tədqiqatçı alimlər “İmarət” Kompleksindəki erməni vandalizminə məruz qalmış baş daşı və sinə daşları qalıqları üzərindəki epitafiyaların estamplarını çıxarıblar.

Bu tədqiqiat işində “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinin direktor səlahiyyətlərini icra edən Ağdam Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ülvi Qədirov və Muzey əməkdaşları alimlərə dəstək olublar.

Ümumi razılığa əsasən, estampların çıxarılması üzrə nəzəri və praktiki təcrübə əldə edən Muzey əməkdaşları ilə tədqiqatçılar arasında elmi əməkdaşlıq davam etdiriləcək.

Xatırladaq ki, işğal dövründə erməni işğalçıları tərəfindən vandalizmə və mədəni soyqırıma (kulturosidə) məruz qalmış Qarabağ xanlarının İmarət Kompleksində 2023-2024-cü illərdə AMEA Arxeologiya və Antropologiya İnstitutu əməkdaşları tərəfindən arxeoloji tədqiqatlar aparılıb, işğalçılar tərəfindən törədilmiş vandazlim aktları qeyd edilib və dəfn abidələrinin yeri müəyyənləşdirilib.

Dövlət və özəl təşkilatlarının birgə səyi nəticəsində ərazidə erməni işğalçılarının törətdiyi vandalizmin nəticələri aradan qaldırılıb, müasir dünya standartlarının şərtlərinə cavab verən muzey kompleksi inşa edilib.

Abidələr kompleksi ərazisində Prezident İlham Əliyevin 20 fevral 2025-ci il tarixli Sərəncamına əsasən, Mədəniyyət Nazirliyinin balansında “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi yaradılıb. (Trend)

Oxşar xəbərlər