Şəhidlərimiz yalnız 6 aydan sonra - oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin səyi nəticəsində erməni cəsədləri ilə dəyişdirilmiş və iki gün sonra Bakıda II Şəhidlər Xiyabanında dəfn edilmişdir. Ağır yaralanaraq əsir düşən qrupun bir üzvü - Aqil Əhmədov isə 23 aylıq əsirlikdən sonra Ulu Öndər Heydər Əliyevin və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Vətənə qaytarılıb. Xatırladaq ki, Xüsusi Təyinatlı Kəşfiyyatçı Qrupun üzvləri mərhum prezident Heydər Əliyev tərəfindən "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib:
- Leytenant Ağayev Elxan Ataxan oğlu;
- Leytenant Yarəhmədov Vüqar Rzaxan oğlu;
- Çavuş Rzayev Anar Üzeyir oğlu;
- Çavuş Mustafayev Dinar İbrahim oğlu;
- Çavuş Həsənov Aqşin Əli oğlu;
- Çavuş Ələkbərov Nizami Səfi oğlu;
- Çavuş Cavadov Fariz Şamil oğlu;
- Çavuş Aqil Əhmədov Mürsəl oğlu. (Sağdır)
Adları qəhrəman oğul kimi tariximizə həkk edilən Şəhidlərimizin ruhu şad olsun. Şad olsun ki, 2020-ci ildə 44 günlük Şanlı Vətən Müharibəsində onların da qisası alınaraq uğrunda canlarını fəda etdikləri doğma torpaqlarımız Ali Baş Komandanız İlham Əliyevin başçılığı ilə güclü ordumuz tərəfindən azad edildi.
Mina RƏŞİD