Azərbaycan Respublikasının Xocavənd rayonunun Binədərəsi kəndi eyniadlı kənd inzibati ərazi dairəsinə daxildir. Kənd dağətəyi ərazidə, Qarabağ silsiləsinin cənub-şərq ətəyində yerləşir. XIX əsrdə ermənilər burada məskunlaşdıqdan sonra kəndin adı Banazur adlandırılmışdır. Azərbaycan Respublikası Milli Meclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Banazur kəndi Binədərəsi kəndi adlandırılmışdır. Ötən əsrin əvvəllərində Qubadlı qəzasında Binədərəsi kəndi qeydə alınmışdır. Oykonim "müvəqqəti yaşayış məntəqəsi olan dərə" mənasını ifadə edir.
İsa MUSAYEV