2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Vətən müharibəsinin xronikasını təqdim edirik.
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində bildirib ki, Bərdə sakinlərinin qisası yerdə qalmayacaq.
- Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində Azərbaycan Ordusunun Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini işğalçılardan azad etməsi ilə bağlı paylaşım edib.
- Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibə verib.
- Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Ermənistanın Bərdədə dinc sakinlərə etdiyi hücumla bağlı paylaşım edib: "Bu cür vəhşicəsinə hücumlar onu göstərir ki, ermənilərin qəddarlığının həddi yoxdur"
- Tərtər rayonunun ərazisi artilleriya atəşinə tutulub.
- Düşmənin məhv edilən hərbi texnikasının siyahısı açıqlanıb.