20.04.2025, 01:44
AZ EN
25.04.2022, 10:32 915

Füzuli rayonunun Qarakollu kəndi

QARABAĞ
  • AZƏRTAC Füzuli rayonunun Qarakollu kəndindən işğalın nəticələrini əks etdirən fotoşəkillər yayıb. Bu yaşayış məntəqəsi 14 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Qarakollu kəndi rayon mərkəzindən 13 km cənubda, Qarabağ silsiləsinin ətəyində, Qozluçayın sol sahilində yerləşir. 1600 nəfərə yaxın əhalisi var. Əhali taxılçılıq, baramaçılıq, heyvandarlıq və üzümçülüklə məşğul olur. Kənddə orta məktəb, kitabxana, xəstəxana, rabitə şöbəsi, avtomat telefon stansiyası, mədəniyyət evi və s. var.

Qarakollu kəndinin də daxil olduğu mahalı öz tərkibində birləşdirən Qarabağ xanlığına 25 mahal daxil idi. Mahallardan biri də Qarakollu kəndinin də daxil olduğu Xırdapara-Dizaq mahalı idi. 1593-cü ilə aid olan Osmanlı mənbələrində Qarakollu kəndinin adı "Qaraküllü" kimi yazılmışdır. Yaşayış məntəqəsinin adı bəzi mənbələrdə "Qarakəlli" kimi qeyd olunur. Oykinimin tərkibindəki "qara" sözünün müxtəlif məna çalarları (böyük, geniş, uca, ağır, qoçaq, əzəmətli, qüdrətli, hündür, nəhəng, qaranlıq, güclü, başçı və s.) var. Güman etmək olar ki, Qarakollu adındakı kol komponenti tayfa adı ilə bağlıdır. Qarabağ xanı İbrahimxəlil xan Sarıcallı-Cavanşir bu kəndi qardaşı Talıbxan ağaya vermiş, o öldükdən sonra (1797-ci il) kənd onun övladlarına qalmışdır.

Oxşar xəbərlər