27.07.2024, 14:53
AZ EN
04.09.2023, 09:55 332

Füzuli rayonu, Üçbulaq kəndi

QARABAĞ

Azərbaycan Respublikasının Füzuli rayonunun Üçbulaq kəndinin qədim adı Hoğa olmuşdur. 1593-cü il Osmanlı qaynağında kəndin adı Hoğa kimi qeyd edilmişdir. 1727-ci mənbələrində yazılır: "Dizaq nahiyəsinə tabe olan Hoğa kəndi. Kəndin əhalisi əkinçiliklə məşğul idi. Dənli bitkilərdən buğda, arpa, darı və pərinç əkirdilər. Baramaçılıqla da ilgilənənlər də vardı "Kənd rayon mərkəzindən 7 km qərbdə, Qarabağ silsiləsində, dağətəyi ərazidə, Araz çayının sol sahilində, Mil düzündə yerləşir. Xanlıq dövründə kənd xəzinə mülkü idi. İbrahimxəlil xan sonra bu kəndi vəliəhdi Məhəmmədhəsən ağaya verdi. O, vəfat edəndən sonra oğlu Xancan ağaya qaldı. 1823-cü il qaynağında Hoğa şenliyi Xancan ağanın idarəsində olan kəndlərin siyahısında göstərilir. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli  112 saylı Qərarı ilə Füzuli rayonunun Hoğa kəndi Üçbulaq kəndi adlandırılmışdır.

İsa MUSAYEV

Oxşar xəbərlər