23.06.2025, 14:35
AZ EN
07.06.2023, 08:34 364

Xocalı rayonu, Baharlı kəndi

QARABAĞ

Azərbaycan Respublikasının Xocalı rayonunun Baharlı kəndi Qarabulaq kənd inzibati ərazi dairəsindədir. Kəndin əvvəlki adı Moşxmhat 29 dekabr 1992-ci ilə qədər olmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Moşxmhat kəndi Quşçubaba kəndi adlandırılmışdır. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz torpaqlarımızı işğaldan azad etmişdir. Bundan sonra Azərbaycan Respublikası Milli Məclisinin 20 noyabr 2020-ci il tarixli 196-VİQ saylı Qərarı ilə Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçubaba kəndi Baharlı kəndi adlandırılmışdır. Kənd 7 noyabr 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdir.

İsa Musayev

Oxşar xəbərlər