23.06.2025, 01:36
AZ EN
12.05.2023, 08:36 352

Xocavənd rayonu, Tuğ kəndi

QARABAĞ

Tuğ kəndi Azərbaycan Respublikasının Xocavənd rayonunun ərazisindədir. Tuğ sözü bir sıra müasir türk dillərində, o cümlədən Azərbaycan dilinin Şuşa və Qubadlı şivələrində bayraq mənasını ifadə edir. Bu etnotoponim Tuq (tuk, tok) məşhur qıpçaq tayfalarından birinin adı ilə bağlıdır. Azərbaycanda üç Tuğ kəndi, Tuğ çayı, Tuğ dağı və Tuğ yurdu əraziləri vardır. Qafqazda, həmçinin Gürcüstanda bir çox yaşayış məntəqəsinin adı bu tayfa ilə bağlıdır. Şimali Qafqazda da Tuq, Tuk, Tok, Tukdaq, Tukovo adlı kəndlər vardır. Qərbi Azərbaycanda XIX əsrə aid olan xəritələrdə Tuğlu, Tuqun, Tuqut türk kəndlərinin adları öz əksini tapmışdır. Azərbaycanda və dünyada məşhur olan Azıx mağarası, Tağlar mağarası Tuğ kəndi yaxınlığındadır. Kəndin adı Osmanlı qaynaqlarında (1727) Dizaq nahiyəsinin Haderud kəndi kimi qeyd olunmuşdur. Tuğ kəndində tarix və mədəniyyət abidələri də vardır.

İsa Musayev

Oxşar xəbərlər