Eyvazxanbəyli kəndi Azərbaycan Respublikasının Ağdam rayonunun Maqsudlu kənd inzibati ərazi dairəsinə daxildir. Qarabağ xanlığı dövründə Kəlbəcərin Çal-bayır, mənşəcə Hacılı tayfasına mənsub olmuş bir el Eyvazxanbəyli adlanırdı. Bu elin digər hissələri Qəhrəmanbəyli, Süleymanbəyli, Məmmədxanbəyli, Muradxanbəyli və Tağıbəyli adlanmışdır! Kəndin tam adı Ərəb-Eyvazxan idi. 1830-cu ildə Şəlva (Şalva), Tərnəgüt, Əliməmmədköçü, İsaq Pənah Sərkar köçü adlı yaşayış məntəqələri onlara verilmişdir. Kənd Eyvazxan bəyə məxsus rəiyyətin məskunlaşması nəticəsində yaranmışdır. Kənddə müasir dövrdə yuxarıda adları çəkilən nəsillər yaşayır.
İsa Musayev