21.11.2024, 23:01
AZ EN
11.05.2023, 15:06 244

Xocavənd rayonu, Sos kəndi

QARABAĞ
  • Xocavənd rayonunun Sos kəndi dağətəyi ərazidə yerləşir. Kənd XIX əsrin əvvəllərində Cənubi Azərbaycandan və Xocavənd rayonunun Tuğ kəndindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Sos türk dillərində "nəm, rütubətli yer" mənasını ifadə edir. Mənbələrdə Sos Qarabağın Keçəz nahiyəsində kənd kimi qeyd olunmuşdur.

1928-ci ildə İrandan gəlmiş ermənilər burada yerləşdirilmişdir. İrəvan əyalətinin Göyçə mahalında Sos, Laçın rayonunda Sus və Sus-Zabuq, Qax rayonunda Suskənd, Şahbuz rayonunda Sələ-Sus, Ordubad rayonunda Susdərə, Kəlbəcər rayonunda Susuzluq və s. adlar mənaca eynidir.

İsa Musayev

Oxşar xəbərlər